Accessibility links

Burns Rusiyanı şəffaf iqtisadiyyatını və siyasi institutlarını nümayiş etdirməyə çağırıb


Birləşmiş Ştatların Moskvadakı səfiri Vilyam Burns Rusiyanı iyulda Səkkizlər Qrupunun Sammitinə ev sahibliyi edəcək vaxt fürsətdən istifadə edib özünün şəffaf iqtisadiyyatını və açıq siyasi institutlarını nümayiş etdirməyə çağırıb. İnterfaks Agentliyinə müsahibə verən səfir bildirib ki, Sankt Peterburqdakı yığıncaq Rusiyaya imkan verəcək ki, o özünün inkişaf etmiş iqtisadi formullara doğru təkamülünü göstərsin. Burns əlavə edib ki, ölkədə müstəqil medianın, sivil cəmiyyətin və digər müasir siyasi təəssisatların təşəkkül tapması ən öncə Rusiyanın maralqarına cavab verir. Rusiya hazırda Səkkizlər Qrupuna prezidentlik edir. Lakin qrupun bir sıra üzvləri Vladimir Putinin avtoritar siyasətini nəzərə alaraq bu ölkənin qrupa üzvlüyünü sual altına almaqdadırlar.
XS
SM
MD
LG