ABŞ-ın Almaniyadakı hərbi bazasında olan ABC teleşirkətinin xəbər proqramlarının aparıcısı Bob Vudrof və onu müşayət edən video operatorun vəziyyətinin ciddi, lakin sabit olduğu deyilir. Bob Vudrof və video operator ABŞ və İraq hərbi qüvvələrinin Bağdadda konvoyu ilə səfər edərkən yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində yaralanmışlar. Onlar ABŞ-ınİraqdakı hərbi xəstəxanasına çatdırılmış, sonra isə Almaniyada Landştul regional tibbi mərkəzinə aparılmışlar. ABC şirkətinin verdiyi məlumata görə bomba partlayan zaman jurnalist və operator maşının yanında dayanmışdılar.