Accessibility links

Martin Lüter Kinqin həyat yoldaşı vəfat etdi


Vətəndaş hüquqları müdafiəçisi Martin lüter Kinqin həyat yoldaşı Koretta Skot King dünyasını dəyişib. Ötən yaydan etibarən iliflicdən iztirab çəkən xanım King Atlanta şəhərində vəfat edib. Bu gün Atlantanın King Mərkəzində bayraqlar yarıya endirilmişdir. King Mərkəzinin bəyanatında xanım Kinqin bazar ertəsi 78 yaşında vəfat etdiyi bildirilir.

Avqust ayında bir neçə dəfə xəstəxanaya aparılan xanım King ürək tutması və iflic səbəbi ilə danışa bilmirdi. Xəstəliyi səbəbi ilə Koretta Skot King bu il həyat yoldaşının anadan olduğu gün Amerikada federal bayram kimi qeyd edilən gün mərasimlərdə iştirak edə bilməmişdi.

Martin Lüter Kinqin sui-qəsdindən sonra onun davamçılarından olan və ondan sonra Cənubi Xristian liderliyi konfransının başçısı vəfizəfində çalışan Cozef Loveri xanım Kinqin heç vaxt ərinin yerini tutmağa cəhd etmədiyini, lakin həmişə mülki hüquqlar uğrunda hərəkata dəstək verdiyini deyib. Xanım Kinq Martin Lüter Kinqin qətlindən sonra Atlantanın Qeyri-Zorakı Sosial Dəyişiklik Mərkəzini yaratmışdı. 20 il əvvəl Milli King bayramı kampaniyasını da o başlatmışdı.

Xanım Kinq 1994-cü ilə 4 uşağından birinə həvalə edənədək, Kinq Mərkəzinin həmsədri olmuşdu. Koretta Skot Kinq 1927-ci ildə Alabamada anadan olmuşdu. Boston Universitetinin musiqi fakültəsndə təhsil alarkən Martin Lüter Kinqlə tanış olmuşdu. Müğənni olmaq arzusu ilə yaşayan Koretta ilə Martin 1953-cü ildə Kinqin Alabamanın Montqomeri şəhərinə keşiş təyin edilməsindən az əvvəl ailə qurmuşlar. Həmin şəhər Martin Lüter Kinqin vətəndaş hüququları mübarziəsinə səhnə olan yerdir.

XS
SM
MD
LG