İsrail qəzetinə müsahibə verən Misir prezidenti Hüsnü Mübarək bildirib ki, islamçı militant Həmas qrupu Fələstin hökumətini təşkil etmək istəyirsə, İsraili tanımalııdr. Bu, ilk dəfədir ki, Misir Fələstin ərazilərində hökumətin təşkili ilə bağlı Həmas qarşısında şərtlər qoyur. Bununla yanaşı, Misir prezidenti İsraili səbrli olmağa çağırıb. Hüsnü Mübarək deyib ki, o, Həmasın sülh şəraitində yaşamaq istədiyinə və İordan çayının Qərb sahili və Qəzzə zolağında terror dövləti yaratmaq planları olmadığına əmindir.