Qırğızıstan prezidenti Kurmanbek Bakıyev parlamenti onun səlahiyyətlərinə sahib çıxmaqda günahlandırıb. Bu gün prezident qanunverici orqana səlahiyyətlərini əlindən almaq istədiyi ilə bağlı sualla müraciət edib. Qeyd edək ki, bu Orta Asiya respublikası mart ayından-Bakıyevin hakimiyyətə gəlməsindən bəri sabitsizlik şəraitində yaşayır. Prezident və qanunvericilər arasında parlamentin bir neçə əsas qətnaməsi ətrafında münaqişə mövcuddur.