Accessibility links

Danimarka qəzəbi yatıqmağa cəhd edib


Danimarkanın baş naziri Anders Fog Rasmussen bu gün Kopenhagendə müsəlman ölkələrindən 70-dən artıq diplomarla görüş keçirib, Məhəmməd peyğəmbərin karikaturasının qəzetdə dərc edilməsinin səbəb olduğu qəzəbi yatırmağa çalışıb. Baş nazir katikaturaya reaksiyaların onu narahat etdiyini desə də, buna görə üzr istəməiyb. Danimarkanın baş naziri Rasmussen Danimarka mətbuatının hökumətin nəzarətində olmadığını deyib. Misir səfiri Mona Ömər Ətta bildirib ki, karikaturaları ilk dəfə dərc edən qəzet müsəlman dünyasını üzr istəməklə razı sala bilər. Qeyd edək ki, “Jullands-Posten” qəzeti üzr istəmiş, lakin söz azadlığı hüququna malik olduğunu bildirmişdir.
XS
SM
MD
LG