Accessibility links

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa son qoyur


İran beynəlxalq Atom Enerjisi Agentliyi ilə bütün könüllü əməkdaşlığa son qoyulduğunu elan edib. İranın xarici işlər naziri Mənuçehr Müttəki bu gün Tehranda təşkil edilən mətbuat konfransında deyib ki, Tehran son bir neçə il ərzində gördüyü bütün könüllü fəlaiyyətlərinə son qoysa da nüvə silahlarının yayılmamasına dair sazişin şərtlərinə sadiq qalır. Bundan əvvəl nazirlik Beynəlxalq Atom Enerjisi Agentliyinin İran məsələsinin BMT-nin Təhlükəszlik Şurasında qaldırılmasına dair səsverməsinə baxmayaraq, müzakirələrə açıq olduğunu elan etmişdi.
XS
SM
MD
LG