Accessibility links

Rusiya böhranın diplomatik yolla həllinin tərəfdarıdır


Rusiyanın Müdafiə Naziri Sergey İvanov İranı beynəlxalq ictimaiyyətin narahatlığını nəzərə alıb, nüvə proqramı barədə məlumat verməyə çağıraraq, Rusiyanın nüvə programı ilə bağlı böhranın diplomatik yolla həllini istədiyini deyib. Müdafiə naziri bildirib ki, beynəlxalq ictimaiyyət İranın nüvə programı ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyinə cavab verməsini gözləyir. Şənbə günü agentliyin Müdirlər Şurası İran məsələsini BMT-nin Təhlükəsizlik Şurasında qaldırılması haqda qərar qəbul etmişdi. Rusiya da bu qərara müsbət səs vermişdi. Cənab İvanov Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransdakı çıxışı zamanı İranın nüvə məsələsinin diplomatik yolla həll ediləcəyinə inandığını bildirib. Cənab İvanov deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranda hadisələrin inkişafını müşahidə etməlidir. Cənab İvanov Moskvanın uranın zənginləşdirilməsi prossesini Rusiya ərazisində aparılması təklifinin hələ də qüvvədə olduğunu və təklifin fevralın 16-da Moskvada İranın nümayəndə heyətilə müzakirə ediləcəyini bildirib.
XS
SM
MD
LG