Accessibility links

Pitsburqun “Steelers” komandası Amerika Milli Futbol liqasının çempionudur


Miçiqan ştatının Detroyt şəhərində professional Amerika futbolu üzrə super kubok uğrunda matçda Pitsburqun “Steelers” komandası Sietl şəhərinin “Seahawks” komandası üzərində 21-10 hesabı ilə qələbə çalıb. Bazar günü axşam keçirilmiş oyunun birinci yarısı gərgin mübarizə aparan “Steelers” oyunun ikinci yarısı iki dəfə müvəffəqiyyət əldə edə bilmiş və son 26 ildə ilk dəfə olaraq, Milli Futbol liqasının ən yaxşı komandası titulunu qazanmışdır. Pitsburqun komandası seçmə oyunlarda liqanın bir neçə güclü komandası üzərində qələbə çalaraq, liqanın favoritlərindən biri olan Sietlin komandası ilə finala çıxmışdır. Pitsburq Super kuboku bundan əvvəl 1975, 1976, 1979 və 1980-ci illərdə almışdır. Amerikada yalnız Dallas və San Fransiskonun futbol komandaları bu yüksək titulu Pitsburq qədər qazana bilmişdir.
XS
SM
MD
LG