Accessibility links

Radikal ruhani azadlıqdan məhrum edildi


Londonun ağır cinayətlərə dair məhkəməsində radikal müsəlman ruhani Əbu Həmzə Əl-Məsri 11 maddə üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı ittihamlar irqi nifrət və qətillərin müdafiəsi kimi maddələr üzrə irəli sürülüb. Məhkəmə bundan əlavə Əl-Məsrini terror aksiyalarında istifadə edilə bilinən materiallara məxsus olduğunda da günahlandırıb. Qeyd edək ki, müttəhim Londonun Finsburu park məscidinin keçmiş baş ruhanisidir. Misir mənşəli Əl-Məsri terrorizmdə rolu olduğunu inkar edib.
XS
SM
MD
LG