ABŞ-ın müdafiə naziri Donald Ramsfild Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verərkən İraqda mövcud olan korrupsiyanın demokratik proseslərə təhlükə olduğunu deyib. Müdafiə naziri Buş administrasiyasının gələn il üçün müdafiə büdcəsi ilə bağlı izahat vermək üçün Kapitoliya binasında olub. Cənab Ramsfild deyib ki, İraq terrorizmlə müharibənin mərkəz cəbhəsi olaraq qalır. Onun dediyinə görə, ABŞ qüvvələrinin İraqdan çıxarılması yeni hücumlar üçün münbit şərait yaratmış olar. Donald Ramsfild qanunvericilərə deyib ki, İraq siyasi korrupsiya kimi daha bir təhlükə qarşısındadır.