Accessibility links

Prezident Buş terror hücumları barədə açıqlama verib


ABŞ prezidenti Corc Buş Amerikaya qarşı terror hücumu cəhdi barədə açıqlama verib. Onun dediyinə görə, hədəf Los Anjeles şəhərinin çoxmərtəbəli binası olub.

Vaşinqtondakı Milli Qvardiya Assosiyasında çıxış edən ABŞ prezidenti bildirib ki, 2001-ci ildə Əl Qaidə Amerikanın qərb sahillərindəki ən yüksək binanı sərnişin təyyarəsi ilə vurmağı planlaşdırırdı. Prezident bidlirib ki, planın təşkilatçılarına Həmbali də olmaqla Cənub-Şərqi Asiyanın Cəmaa İslamiyyə qrupunun liderləri daxildir. Prezident Buş bu terror cəhdinə mane olunmasında beynəlxalq səyləri yüksək qiymətləndirib. O, terrorizmə qarşı mübarizənin digər ölkələri təcrid etdiyinə dair tənqidlərə toxunaraq deyib ki, məhz qlobal əməkdaşlıq sayəsində terrorizmlə mübarizə ən yüksək nöqtəsinə yüksəlib.

XS
SM
MD
LG