Accessibility links

Quş qripi virusu daha bir neçə ölkədə aşkar edilib


Rəsmilərin bildirdiyinə görə öldürücü H5N1 quş qripi virusu İtaliyada, Bolqarıstanda və Yunanıstanda aşkar edilib. İtaliyanın Səhiyyə naziri bildirib ki, virus ölkənin üç regionunda, Poqlia, Kalabria və Sisiliyada aşkar edilib.

Eyni zamanda, Yunanıstan rəsmiləri bildirilər ki, Britaniya laboratoriyasında aparılan araşdırmalar nəticəsində Salonika şəhərində də öldürücü virusa yoluxma hadisələri təsdiq edilmişdir.

Avropa Birliyi rəsmiləri Britaniya laboratoriyasındakı araşdırmalar zamanı quş qripi virusunun Bolqarıstanın şimalında da tapıldığını bildirirlər.

XS
SM
MD
LG