Accessibility links

ABŞ-ın müdafiə naziri Tunisə səfər edib


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld gözlənilmədən Tunisə səfər edib. Cənab Ramsfeld deyib ki, o, Birləşmiş Ştatların hərbi qüvvələri ilə Tunis, Əlcəzair və Mərakeş arasında möhkəm əlaqələrin yaradılmasını istəyir. O, adı çəkilən bu ölkələrin terrorçulara qarşı mübarizədə faydalı olduğunu deyib.

Cənab Ramsfeld Tunisə getməzdən öncə İtaliyada keçirilən NATO toplatısında etdiyi çıxışında deyib ki, Tunis, Əlcəzair və Mərakeşin mötədil liderləri var və onlar ölkələrinin problemlərini həll etmək üçün səmərəli tədbirlər həyata keçirirlər. Birləşmiş Ştatlar bu ölkələrə səhrada terrorçulara qarşı mübarizə aparmaqda yardım göstərir.

XS
SM
MD
LG