Accessibility links

Donald Ramsfeld Şimali Afrika ölkələrinə səfərindən razı qalıb


Birləşmiş Ştatların Müdafiə Naziri Donald Ramsfeld Əlcəzair, Tunis və Mərakeşə səfər etdikdən sonra deyib ki, beynəlxalq terror qrupları bu ölkələrin heç birində özlərinə dayaq tapa bilməyiblər.

Donald Ramsfeldin Mərakeş, Əlcəzair və Tunisin rəsmilərilə keçirdiyi danışıqların diqqət mərkəzində terrorçuluğa qarşı mübarizə məsələsi olmuşdur.

Birləşmiş Ştatların rəsmiləri bildirirlər ki, ABŞ Şimali Afrikanın bu üç ölkəsində terrorçu qrupların baza yaratmasının qarşısının alınması üçün onların öz ərazilərilərinə tam nəzarəti saxlamaq məqsədilə bu ölkələrlə birgə işi davam etdirmək niyyətindədir.

Cənab Ramsfeld görüşlərdən sonra bildirib ki, Tunis, Əlcəzair və Mərakeş terrorçuların öz ölkələrində fəaliyyətinə imkan verməmək sahəsində yaxşı iş aparırlar. Müdaifə naziri Ramsfeld habelə Şimali Afrika ölkələrinin terrorçulara qarşı mübarizə aparmaq sahəsində əməkdaşlığına yüksək qiymət vermişdir. ABŞ rəsmiləri cənab Ramsfeldin Mərakeş, Tunis və Əlcəzairə səfərinin əsas məqsədinin bu ölkələrin liderlərinə terrorizmə qarşı mübarizədə əməkdaşlığa görə təşəkkürünü bildirmək olduğunu bəyan etmişlər.

XS
SM
MD
LG