Accessibility links

Çinlilər Pakistanda qətlə yetirilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün Bəlucistan vilayətində motosiklet sürən bir silahlı şəxs üç nəfər çinlini və onların sürücüsünü qətlə yetirmişdir. Yerli polis bildirb ki, hadisə vilayətin paytaxtından Kuyetta şəhərinə gedən yolda baş vermişdir. Associated Pressin yazdığına görə, bu hücumun məsuliyyətini Balücistanın Azdlıq Ordusunun yaraqlıları öz üzərinə götürüb.

Digər bir xəbərdə isə bildirilir ki, Əfqanıstanla sərhəddə yerləşən şimali Vəziristanda Əl Qaida ilə əlaqəsi olmaqda şübhələnilən iki nəfər çərşənbə günü Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Qeyd edək ki, Əl Qaida lideri Usama ben Laden də daxil edilməklə xarici militantların bu ərazilərdə gizləndiyinə inanılır.

XS
SM
MD
LG