Accessibility links

ABŞ-ın internet şirkətləri Çində senzura ilə üzləşir


Bu həftə ABŞ Konqresində keçirilmiş müzakirələr zamanı Amerika internet şirkətlərinin Çində üzləşdiyi senzura problemi əsas müzakirə mövzusu olmuşdur. Şirkətlərin üzləşdiyi problemin ziddiyyəti Çin bazarında öz yerini saxlamaqla bərabər söz azadlığı prinsiplərini qorumaqdan ibarətdir. Mütəxəssislərin rəyinə qörə Çində internet müştərilərinin sayının artdığı bir vaxt ABŞ şirkətləri Çin bazarından kənarda qala bilməz.

Beynəlxalq ticarət üzrə mütəxəssis və dünya iqtisadiyyatında rolu daha da qenişlənən və fəallaşan Çinin vəziyyətini təhlil edən “Bir milyard müştəri” kitabının müəllifi Ceyms MakGregor deyir: “Hal-hazırda Çində 110 milyon internet istehlakçısı var. ABŞ-da onların sayı 200 milyondur. Ən qeci 3-4 ildən sonra, bəlkə də tez, Çin bu sahədə ABŞ-ı ötəcək. Amerika şirkətləri Çində təmsil olunmasa, Çin şirkətləri onların iş üslubundan istifadə edərək bazarı ələ keçirəcək.”

MakGregor və diqərləri deyirlər ki, söz azadlığı prisiplərini danan şirkətlər Çin bazarında öz yerlərini itirmək qorxusu ilə üzləşə bilərlər. Məhz bu yolu seçən “Yahoo” şirkəti tənqidə məruz qalıb. Bu Amerika şırkəti Çin rəsmiləri, kommunist partiyası rəhbərliyinin xoşuna qəlmədiyi şuarlarla çıxış etmiş insanlar barədə məlumat verib və nəticədə onlar həbs edilmişlər.

Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatının internet tədqiqatları şöbəsinin rəhbəri Juliyen Peyn ümüd edir ki, bu həftə Vaşinqtonda keçirilən Konqres dinləmələri “Yahoo” şirkəti rəhbərlərinin və üstəlik istehlakçıların mövqeyində dəyişiklik edəcək. “Yahoo” rəhbərləri Konqres üzvlərinə dissidentlərin fikirlərini bildirməsinə görə cəzalandıırldığına görə təssüfünü bildirib.

”Google” və “Maykrosoft” kimi diqər İnternet şirkətləri də Çindəki məlumat mənbələrinə nəzarət etdiklərini etiraf ediblər. Onlar Çin höküməti tərəfindən siyasi məlumat kimi qəbul edilə bilən hər bir informasiyanın qarşısını alırlar.

XS
SM
MD
LG