İraq rəsmilərinin bildirdiyinə görə, Kərkük şəhərində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində polis generalı Hatim Xələf və onun sürücüsü qətlə yetirilib.
Kürd rəsmiləri isə bildirilər ki, xilasetmə dəstəsi Suleymaniyyə şəhəri yaxınlığında üç gün əvvəl qəzaya uğramış kiçik təyyarəni axtarırlar. Rəsmilər təyyarədə azı üç alman biznesmeni daxil edilməklə, altı nəfər sərnişinin olduğunu deyirlər.
Bu gün Birləşmiş Ştatlar hərbiçilərinin digər bir xəbərində isə bildirilir ki, İraqın Nəzarət Şurasının zəmanətindən sonra 400-dən çox məhbus azad edilib.