Accessibility links

Prezident Buş enerji siyasətinin əsas müddəalarını açıqlayır


ABŞ prezidenti Amerikanın xarici neftdən asılılığının azalmasına yardım edəcək enerji siyasətinə dəstək qazanmaq məqsədilə ölkənin bir neçə ştatında məruzələrlə çıxış edir. Viskonsin ştatında nitq söyləyən prezident Buş enerji məsələsini həm milli, həm də iqtisadi təhlükəsizlik məsələsi adlandırıb. Cənab Buş administrasiyanın günəş və külək enerjisi sahəsində tədqiqatları inkişaf etdirmək məqsədilə apardığı işlər və mayeləşdirilmiş təbii qaz ixracaını asanlaşdırmaq sahəsində səylərindən danışmışdır.
Müxalifətdə olan demokratlar prezident Buşun enerji proqramını tənqid edərək, onun hazırkı yüksək enerji qiymətlərinin aşağı salınmasına kömək etmədiyini deyirlər.
XS
SM
MD
LG