Accessibility links

Rusiya ilə İran arasındakı danışıqlarda razılıq əldə edilmədi


Rusiya ilə İran rəsmilərinin iki günlük Moskva danışıqları İranın Rusiyanın təklifini qəbul etməməsi ilə başa çatmışdır. Bu danışıqların məqsədi Qərbin dəstəklədiyi İranın nüvə proqramı məsələsində İrana qarşı sanksiyalar qoyulması üçün BMT Təhlükəsizlik Şurasına verilməsinin qarşısının alınmasında son imkan idi.

Danışıqların başlamasından cəmi bir saat sonra Rusiya televiziyası İranın nümayəndə heyətinin maşın karvanının qapalı danışıqlar keçirilən binanı tərk etdiyini göstərmişdir. Dünən isə heç bir nəticə əldə edilməyən danışıqlar beş saat davam etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran rəsmilərinin nəzərini əks etdirdiyini bildirərək, danışıqların nəticəsiz olmadığını və müzakirələrin davam edəcəyini bildirb. Lakin nə Lavrov, nə də İran rəsmiləri danışıqların nə vaxt keçiriləcəyi barədə detalları açıqlamayıblar.

Moskvadakı Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Tərksilah və Münaqişələrin Həlli şöbəsinin müdiri Aleksandr Pikayev deyib ki, dünənki danışıqlarda hansısa razılıq əldə ediləcəyinə ümid var idi, lakin İranın nümayəndə heəyitnin danışıqları belə tez tərk etməsi onların baş tutumaması demək idi.

Heyətin cümə axşamı günü Rusiyanın atom enerjisi agenti Sergey Kiriyenko ilə görüşü gözlənilir. Kiriyenkonun Tehrana səfərinin məqsədi İranın Rusiyanın köməyi ilə Buşəhrdəki nüvə obyektinin inşasının yoxlanılmasıdır. Lakin bəzi ekspertlərin fikrincə bu səfərin məqsədi danışıqları davam etdirməkdir.

XS
SM
MD
LG