Accessibility links

Quantanamo məhbəsinin taleyi Buş administrasiyasından asılıdır


Britaniyanın xarici işlər naziri Cək Strou deyib ki, terrorizmdə əli olmaqda şübhələnilənlərin Quantanamo məhbəsində saxlanmasının davam etdirilib-etdirilməməsi qərarı Birləşmiş Ştatlardan asılıdır. Cək Strou bu çıxışında BMT-nin Quantanamodakı məhbuslarının azad və ya məhkum edilməsi və həbsxananın bağlanmasına çağıran hesabatından sonra Britaniya ilə Birləşmiş Ştatlar arasındakı fikir ayrılıqlarını mülayimləşdirməyə çalışıb.

Keçən həftə kabinet naziri Piter Hein Quantanamo məhbəsini bağlamaq lazım olduğunu və baş nazir Toni Bleyerin bu fiki dəstətləyəcəyinə ümid etdiyini deyib. Bundan bir gün sonra cənab Bleyer Quantanamonu, onun sözləri ilə desək, “anomaliya” adlandıraraq, oranın əvvəl-axır bağlanmalı olacağını demişdi. İndi isə o, məhbəsin bağlanmasının Buş administarsiyasının qərarından asılı olduğunu və Britaniyanın bu məsləyə bir daha qayıtmayacğını bildirib.

Cənab Strou eləcə də deyib ki, Quamtanamo məhbəsi ilə bağlı tənidi fikir irəli sürənlər bu həbsxananın nə üçün təisis ediliyini yadda saxlamalıdırlar. Britanın xarici işlər naziri bunu 2001-ci il ABŞ-a qarşı terror aksiyalrı və Əfqanıstanın işğalı ilə izah edib.

XS
SM
MD
LG