İraq polisinin bildirdiyinə görə Bağdad bazarında baş verən bomba partlayışı 21 adamın ölümünə səbəb olub. Siə müsəlmanların yaşadıqları bu bölgədə 25 insanın yaralandığı deyilir.
Paytaxtda bundan əlavə yol kanarına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir polis işçisi öldürülüb. Digər bir partlayışdan İraqın kabinet naziri xilas ola bilib.
Qeyd edək ki, bu hadisələr Britaniyanın xarici işlər naziri Cek Strounun Bağdadda prezident Cəlal Taləbani ilə görüşdüyü vaxta təsadüf edir. Görüşün məqsədi İraqın yeni hökumətinin təşkilidir.