Rusiyanın nüvə enerjisi proqramının rəhbəri Sergey Kiriyenko bildirb ki, İranın nüvə proqramına dair Rusiyanın etdiyi təklif barədə danışıqlar davam etməlidir. Kiriyenko bu bəyənatı bu gün, İranlı həmkarı Qulamrıza Ağazadə ilə Tehranda görüşündən sonra verib.
Qeyd edək ki, Rusiya rəsmilərinin İrana üç günlük səfərində məqsəd Tehranı uran zənginləşdirilməsini Rusiya ərazisində həyata keçirməyə razı salmaqdır. İtar Tass Xəbərlər Agentliyinin bildirdiyinə görə, Kiriyenkonun iranlı həmkarı ilə danışıqlarında irəliləyiş var. Eyni zamanda Çinin xarici işlər nazirinin də rəsmi səfərlə İranda olduğu bildirilir.