Accessibility links

Roma Papası İraqda və Nigeriyadakı zorakılıqları pisləyib


Roma papası Benedikt İraqda və Nigeriyada cərəyan edən dini zorakılıqları pisləyərək söyləyib ki, Allah din adından sui-istifadə edib, insan həyatına son qoyanları cəzalandıracaq.

Müqəddəs Piter meydanında etdiyi həfətlik çıxışda pontif bildirib ki, Allaha inamın töhfəsi öldürücü antaqonizm yox, ümumi xeyir uğrunda göstərilən əməkdaşlıq ruhudur. Papa deyib ki, İraqda şiələrin müqəddəs məbədinin bombalanması və onun ardınca vüsət alan zorakılılqar onsuz da çətin olan yenidənqurma işlərinə əngəl törədir. Papa həmçinin son günlər Nigeriyada müsəlman və xristian icmaları arasında baş verən toqquşmaları pisləmişdir.

XS
SM
MD
LG