Accessibility links

Iraqda yeni hücum həyata keçirilib


Keçən həftə şıə məsçidində bomba partlayışından sonra elan edilmiş kommendant saatınının ləğvindən sonra Bağdadda növbəti hücum nəticəsində 4 nəfər öldürülüb. Bu hücum paytaxtın şıə müsəlmanların yaşadığı məhəlləsində həyata keçirilib. Dini zəmində zorakılıqlar yeni hökümətin formalaşması barədə danışıqları lənqidir. Lakin İraq sünnülərinin parlamentindəki ən böyük siyasi bloku bildirib ki, şıələr tərəfindən qeyri-qanuni zəbt edilmiş məsçidlər sünnülərə qaytarıldığı təqdirdə, onlar danışıqları bərpa etməyə hazırdılar. ABŞ rəsmiləri isə hələ də qirov qötürülmüş amerikalı jurnalist Jill Karrolun müqəddaratı barədə məlumat gözləyirlər. ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad deyib ki, xanım Karrol sağdır və İraqın Daxili İşlər Nazirliyi onun azad ediləcəyinə ümüd edir.
XS
SM
MD
LG