Accessibility links

Çeçenistana yeni baş nazir təyin ediləcək


Kreml Çeçenistan baş nazirinin istefasını qəbul edərək, onun yerinə Ramzan Kadırovun təyin edilməsinə yol açıb. Çeçenistanın Moskva-yönümlü prezidenti Alu Alxanov baş nazir Sergey Abramovun noyabr ayında avtomobil qəzasından sonra səhhətinin pisləşməsinə görə istefaya gedəcəyini bildirib. Cənab Alxanov iki il baş nazir olan Abramovun yerinə kimin təyin ediləcəyi barədə məlumat verməsə də, yayılan şaiələrdə bu vəzifəyə Ramzan Kadırovun təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, qətlə yetirilmiş Moskva-yönümlü liderin oğlu Kadırov təhlükəsizlik qüvvələrinə, eləcə də, insan hüquqları müdafiəçilərinin qətllərdə, insan oğurluğunda və işgəncələrdə günahlandırdığı yarım-hərbi dəstələrə başçılıq edir. Cənab Kadırov bu ittihamları rədd edir. Lakin regiona səfər etmiş BMT-nin İnsan Hüquqları Təşkilatının yüksək səviiyəli komisarı Luis Arbour Çeçenistanda, İnquşetiyada və Şimali Osetiyada qorxu mühitinin hökm sürdüyünü deyir. Arbour deyir:

“Mən Çeçenistan Respublikasını tərk edərkən oradakı siyasi və psixiki durumdan mənə aydın oldu ki, respublika hərbi qüvvələrin əlindədir və hələ də hökumət qanunlar çərçivəsində işləmir.”

Rusiya prezidenti Vladimir Putin Çeçenistanla uzun illər davam edən münaqişənin nəzarət altında olduğunu israr edir.

XS
SM
MD
LG