Accessibility links

İraq prezidenti bu ay yeni parlamentin ilk sessiysının keçiriləcəyini bildirib


İraq prezidenti Cəlal Təlabani bildirib ki, ölkənin yeni parlamentinin ilk sessiyası mart ayının 12-də təşkil ediləcək. Prezident bu tarixin İraq konstitusiyasına əsasən son möhlət olduğunu deyib. Bununla 60 gün ərzində dövlət başçısı, baş nazir təyin edilməli, İraqın yeni nazirlər kabineti təsis edilməlidir.

İraq prezidenti Təlabaninin sessiya çağırışı İraq siyasətçiləri arasında baş nazir vəzifəsinə İbrahim Əl Cəfərinin yenidən təyin edilməsi ilə bağlı parçalanma yarandığı bir vaxt edilir. Belə ki, sünnü ərəb, kürd və bir neçə dünyəviçinin fikrincə baş nazir istefa verməlidir.

XS
SM
MD
LG