Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin kürdlərin yaşadığı cənub-şərq bölgəsində yerləşən Van şəhərində bomba hücumu zamanı 3 nəfərin qətlə yetirildiyini bildirirlər. Rəsmilərin sözlərinə görə, onlar hücumun kürd intiharçı tərəfindən həyata keçirildiyinə inanır. Hadisə nəticəsində 19 nəfər yaralanmışdır. Onlardan üçünün vəziyyəti ağırdır. Bu günkü bomba hücumundan bir neçə gün əvvəl Kürdüstan Fəhlə partiyasının üzvləri Batan şəhərində dörd polis zabitini qətlə yetirmişdilər. Kürd üsyançıları bir tərəfli qaydada atəşkəsə son qoyduqdan sonra son aylar regionda hücumları artırmışlar.