ATƏT-in Minsk qrupu Vaşinqtonda görüşlə bağlı bəyanat açıqladı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçilər Ermənistan və Azərbaycanı müharibə deyil, sülhə hazır olmağa çağırıblar. ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan həmsədrləri iki gün ərzində Vaşinqtonda görüş zamanı münaqişənin nizamlanması istiqamətində son səylər, o cümlədən, keçən ay Fransada Rambuyedə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Köçaryan arasında görüşün nəticələrini müzakirə ediblər.
Həmsədrlər bir il yarım ərzində inkişafların olduğunu qeyd ediblər. Bununla belə, son bir neçə həftə ərzində prosesin irəliyə getmədiyindən ttəəsüflərini bildiriblər. Minsk qrupunun həmsədləri martın 20-də İstanbulda görüşməyi planlaşdırırlar