Accessibility links

Toy mərasiminə gedən günahsız insanlar qətlə yetirilib


Pakistan rəsmiləri zorakılıqların baş verdiyi cənub-qərb bölgəsində yerləşən Balucistan vilayətində bir maşının minaya dəyərək partlaması nəticəsiondə azı 26 nəmfərin öldüyunu bildirirlər. Hadisə toy mərasiminə gedən maşının tanklara qarşı qoyulmuş minaya düşməsi nəticəsində baş vermişdir.

Yerli polisin bildirdiyinə görə, qətlə yetirilənlər əsasən qadınlar və uşaqlar olub. Minanın kimlər tərəfindən basdırıldığı hələ də məlum olmasa da, hökumət rəsmiləri hadisədə yerli qəbilələrdən olan yaraqlıları günahlandırırlar.

İnformasiya naziri Şeyx Rəşid Əhməd bu hücumun sıravi vətəndaşlara qarşı yox, hərbi qüvvələrə qarşı planlaşdırıldığını deyib.

Qeyd edək ki, Balucistan vilayəti Əfqanıstan və İranla sərhəddə yerləşir və bura hökumətə qarşı üsyançıların məskunlaşdığı yerdir. Yerli qəbilələrdən olan yaraqlılar təbii qaz da daxil edilməklə, təbii sərvətləri olan bu vilayətə avtonomiya tələb edirlər.

XS
SM
MD
LG