Bu qün İsrail qoşunları İordan ayının Qərb sahilindəki Yerixon şəhərinin həbsxanasına hücum edərək, 2001-ci ildə İsrailin Nazirlər Kabinetinə qarşı sui-qəsd cəhdində ittiham olunan şəxs də daxil edilməklə, bir neçə fələstinli yaraqlını ələ keçirməyə cəhd etmişdi. Əməliyyat zamanı fələstinin təhlükəszlik qüvvələrinin azı 2 zabiti öldürülmüşdü.
Döyüş Yerixon şəhərinin həbsxanası ətrafında aparılmışdır. İsrail qoşunları Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin rəhbəri Əhməd Səadəti İsrail rəsmilərinə təslim etməyə çalışırdı. İsrailin daxili işlər naziri Qidom Ezranın sözlərinə qörə əməliyyət baş nazir vəzifəsini icra edən Ehud Ölmert tərəfindən təsdiq olunub.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi 2001-ci ildə İsrailin sabiq turizm naziri Revaham Zivinin qətlinin məsuliyyətini öz üzərinə qötürüb. Fələstin rəsmiləri həbsxanaya hücumu ittiham etmişlər. Hücum beynəlxalq müşahidəçilərin təftişindən sonra həbsxananın boşaldılması vaxtına təsadüf edir.