Accessibility links

Miloşeviçin cənazəsi vətəninə aparılacaq


Bu gün axşam keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin cənazəsi torpağa tapşırılmaq üçün Serbiyaya gətirələcək. Miloşeviçin başçılıq etdiyi siyasi partiyanın rəsmiləri onun vətəni Pozarevaçda şənbə günü dəfn ediləcəyini deyirlər. Sabiq prezidentin cənazəsi oğlu Marko tərəfindən bir gecə Amsterdam hava limanında qaldıqdan sonra vətəninə aparılacaq.

Serbiya prezidenti Boris Tadiç dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə icazə verməyib. Miloşeviçin dəfninin dövlət səviyyəsində keçməməsinə baxmayaraq, onun partiyasının rəsmiləri dəfn mərasiminin sabiq prezidentə layiq keçiriləcəyini deyirlər.

Miloşeviçin vətənində dəfn edilməsi qərarı Serbiya məhkəməsinin onun həyat yoldaşı Mira haqda həbsi qəti imkan tədbirinin ləğv edilməsi haqda qərarından sonra verilmişdir. İndi o, dəfn mərasimində iştirak edə bilsə də, pasportunu polisə təhvil verməli, korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxmalı və onun mərhum həyat yoldaşının siyasi rəqiblərindən birinin qətlinə dair polisin suallarına cavab verməlidir.

Miloşeviçin ölümünün səbəblərinə gəldikdə, Hollandiya toksikoloqu onun güclü antibiotiklər qəbul etdiyinə görə öldüyünü bildirb. Müharibə cinayətləri üzrə məhkəmənin ekspertizasının ilkin nətiəclərinə əsasən, Miloşeviç infarktdan vəfat etmişdir. Toksikologiyanın tam hesabatı yekunlaşdırılmasa da, Slobodan Miloşeviçin oğlu Marko atasının qətlə yetiridiyində israr edir.

XS
SM
MD
LG