Accessibility links

S.Hüseyn qətllərlə bağlı ifadə verib


İraqın sabiq lideri Səddam Hüseyn ilk də qətllərlə əlaqədar məhkəmə qarşısında ifadə verib. İki saat sürən prosesdən sonra hakim məhkəmənin aprel ayının 5-də davam etdiriləcəyini elan edib. Səddam Hüseyn tribunalı “komediya” adlandırmış və hələ də prezident olduğunda israr etmişdi. Hakim ona qətl ittihamı ilə nəzarət altında olan müttəhim olduğunu xatırlatmış və Səddamdan siyasi çıxışlarını dayandırmasını istəmişdir. Qeyd edək ki, məhkəmənin bugünkü sessiyası Səddam Hüseynin 148 şiənin qətlinə göstəriş verdiyini etiraf etməsindən iki həftə sonra keçirilir.
XS
SM
MD
LG