Accessibility links

Hindistan Rusiyanın uranla təmin edilməsi qərarını alqışlayıb


Hindistan Rusiyanın iki nüvə reaktoru üçün Hindistanı uranla təmin etməsi qərarını alqışlayıb. Amerikanın Səsinin Dehlidəki müxbiri Anjana Pasriça bildirir ki, razılıq Rusiyanın baş naziri Mixail Fradkovla Hindistan rəsmiləri enerji sahəsində əməkdaşlığa dair danışıqlar zamanı əldə edilib.

Hindistanın baş naziri Manmohan Sinqh Moskaya Tarapur nüvə obyektini uranla təmin etmək qərarına görə təşəkkürünü bildiirb . Cənab Sinqh minnətdarlığını Rusiyanın baş naziri Mixail Fradkovla görüşündən sonra bildirib. Razılıq Hindistanın nüvə silahlarının yayılmamasına dair sazişin imzalanmamsına görə mübahisəli görünür.

Rusiyanın baş naziri uranın Dehliyə uran satışını müdafiə edərək, bunun beynəlxalq qanunlara zidd olmadığını və hər iki ölkənin marağına xidmət etdiyini bildirib.

Cənab Sinqh iki ölkənin nüvə enerjisi layihələri üzrə əməkdaşlığının genişləndiriləcəyinə ümid bəslədiyini deyib. Razılığa əsasən Rusiya Hindistanın Tamil Nadu ştatında yeni Atom Elektrik Stansiyasının inşasına kömək etməlidir. Rusiyanın Hinditsanı uranla təmin etməsi razılığı ABŞ- Hindistan nüvə əməkdaşlığının bərpa edildiyi bir vaxta təsadüf edir.

XS
SM
MD
LG