Accessibility links

BMT-in İnsan Hüquqları Komissiyası son sessiyasını keçirir


BMT-nin İnsan Hüquqları komissiyası əvəzinə başqa qurum yaradılana qədər Cenevrədə illik altı həftəlik sessiyasına başlayır. Komissiyanın gündəliyi qeyri-müəyyən olsa da, buraya ABŞ-ın Quantanamo hərbi bazasında və İraqda Əbu Qureyb həbsxanasında məhbuslarla rəftarı, Sudan, İsrail və Özbəkistan kimi ölkələrdə insan hüquqlarının vəziyyəti kimi məsələlərin olacağı gözlənilir. Komissiya iyun ayının 19-da İnsan Hüquqları Şurası adlı yeni qurumla əvəz ediləcək. BMT-nin Baş Assambleyası mayın 9-da gizli səsvermə zamanı yeni qurumun üzlərini seçəcək.
XS
SM
MD
LG