Accessibility links

ABŞ və NATO Əfqanıstanı din azadlığına hörmətə çağırır


NATO birliyinə daxil olan Əfqanıstandakı dörd hərbi hissə Kabil hökumətini təcili olaraq din azadlığına hörmət etməyə çağırıb. Bu çağırış İslam dinindən Xristian dininə keçənlərin Əfqan məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilməsi qərarından sonra səslənmişdir.

Birləşmiş Ştatlar administrasiyası və NATO birliyinə daxil olan Almaniya, İtaliya və Kanada Əfqanıstanı İslamdan imtina edib Xristian dinini qəbul edən şəxsin təhlükəsizliyinin qorunmasını istədiklərini bildirmişlər. Əfqanıstanın xarici işlər naziri Abdulla Abdulla ilə bu məsələni müzakirə etdikdən sonra Birləşmiş Ştatlar Kabili Əfqan konstitusiyasına uyğun olaraq vətəndaşlarının din azadlığına riayət etməyə çağırıb.

Qeyd edək ki, 41 yaşlı Əbdul Rəhman xristianliği qəbul etdiyinə görə keçən ay həbs edilərək ölüm cəzasına məhkum edilmirdi.

Birləşmiş Ştatlar Əfqanıstanın suverenliyinə müdaxilə etmək istəməsə də dövlət katibinin müavini Nikolas Börns Rəhmana qarşı məhkəmənin şəffaf keçirilməsinə çağırıb.

İtaliya isə Əfqanıstanın Romadakı səfirindən bu məsələ barədə açıqlama verməyi tələb edib. İtaliyanın xarici işlər naziri Cianfranko Fini səfirlə görüşdükdən sonra deyib ki, italiyalı əsgərlər öz həyatlarını Əfqanıstanda ona görə riskə qoymurlar ki, elementar azadlıqları pozan bir rejimə dəstəkçi olsunlar.

XS
SM
MD
LG