Accessibility links

Vəziristan bölgəsində hökumət qüvvələri ilə yaraqlılar arasında döyüşlər davam edir


Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgələrdə azı 15 Taliban yönümlü militantı qətlə yetirmişlər. Əl Qaida və Talibanla əlaqəsi olan yaraqlılar Pakistanın yari-muxtar tayfa regionunda mövqelərini gücləndirilər.

Hücum bu gün səhər tezdən Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan bölgəsində militantlar tərəfindən Pakistan hərbi qüvvələrinin keşik məntəqəsinə raket hücumundan sonra həyata keçirilib. Pakistan rəsmiləri tərəfindən hücum nəticəsində bir keşikçinin öldürüldüyü və digər dördünün yralandığını təsdiq edilib.

Hərbi qüvvələrin sözçüsü general-mayor Sövkət Sultan hökumət qüvvələrinin bu hücuma tez və qətiyyətlə cavab vediyini deyib. Qeyd edək ki, döyüşlər regionun əsas şəhəri Miran Şah yaxınlığında aparılıb. Son həftələr bu şəhər hökumət qüvvələri ilə İslam militantları arasında döyüşlərə səhnə olub.

Əfqanıstan Pakistanı mulitant fəaliyyətlərinin qarşısının alınmasında lazımi fəlaiyyət göstərmədiyində günahlandırır. Dünən Pakistan prezidenti Pərviz Müşərrəf militantların liderlərinə onların ölkəni tərk etmədikləri təqdirdə məhv ediləcəkləri barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG