Accessibility links

Fələstin lideri İsraillə sülh razılığı əldə ediləcəyinə inandığını bildirib


Fələstin lideri Mahmud Abbas bir ildən az bir müddət ərzində İsraillə sülh razılığının əldə ediləcəyindən əminliyini dilə gətirib. O, bunun Həmasın yeni Fələstin palamenti təşkil etməsinə baxmayaraq baş tutacağını deyib.

israilin Haaretz qəzetinə müsahibə verən Mahmud Abbas Amerikaya sülh müzakirələrinin məxfi saxlanmasını təklif etdiyini bildirib. O, İsrailin sabiq baş naziri Şimon Peresə də də bu təklifi etdiyini deyib. Cənab Abbas bildirib ki, İsraillə sülh razılığı məsələsinə dair referendum keçirməyə hazırdır. Lakin İsrailin baş naziri vəzifəsini cira edən Ehud Olmert Yediot Ahronot qəzetinə bildirib ki, Fələstin muxtariyyətinə münasibəti müyyən bir şəxsə olan simpatiyasına əsaslana bilməz.

XS
SM
MD
LG