Accessibility links

Belarusda müxalifət liderləri həbs edilir


Belarus polisi paytaxt Minskdə müxalifətin nümayişini dağıdaraq prezidentliyə namizəd Aleksandr Kozulini həbs edib. Şahidlər deyirlər ki, Kozulinlə bərabər bir neçə başqa müxalifətçi də həbs edilib. Müxalifət nümayəndəsi həmçinin prezidentliyə aparıcı namizəd Milinkeviçin müşavirinin də həbs olunduğunu xəbər verir.

Bu gün erkən Milinkeviç minlərlə müxalifət tərəfdarlarının önündə yürüş edərək ötən bazar günü keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edib. Polis Oktyabr meydanına girişi bağladıqdan sonra nümayiş parka köçürülüb.

Rəsmi hesablara görə Milinkeviç prezident Lukaşenkoya böyük səslə məğlub olub. Qərb ölkələri səsverməni qeyri-demokratik, Rusiya isə onu azad və şəffaf adlandırmışdır. Milinkeviç və onun tərəfdarları təkrar seçkiilərin keçirilməsini tələb edirlər.

XS
SM
MD
LG