Accessibility links

Ukraynada koalisiya hökuməti yarana bilərmi?


Ukraynalılar bazar günü parlament seçkilərində səs verərək qərb yönümlü islahat kursunun istiqamətini müəyyən edəcəklər. Seçkilər 2004-cü ildə Narıncı İnqilabdan qaynaqlanan 3 başlıca siyasətçi arasında rəqabəti əks etdirir.

Son rəy sorğuları göstərir ki, Prezident Viktor Yuşçenkonun Bizim Ukrayna Partiyası rəqibi Viktor Yanukoviçin partiyasından 10 faiz geridə qalır. Prezident Qərblə sıx əlaqələrə üstünlük verdiyi halda, Yanukoviç Rusiyapərəstdir. Bundan əlavə cənab Yuşçenkoya verilən dəstək onun sabiq seçki kampaniyası müttəfiqi Yuliya Timoşenko ilə bölüşdürülüb.

Ötən sentyabr ayında prezident xanım Timoşenkonu baş nazir vəzifəsindən azad etdikdən sonra iki siyastəçi arasında münasibtələr pisləşib. Müşahidəçilər deyirlər ki, partiyalardan heç biri tam üstünlük əldə edə bilməyəcək və güman ki, koalisiya hökumətinə ehtiyac yaranacaq. Əgər parlament 60 gün ərzində belə bir hökumət müəyyənləşdirə bilməsə prezident parlamenti buraxa və yeni seçkilər çağıra bilər.

XS
SM
MD
LG