Accessibility links

Dünya ictimaiyyəti Əfqanıstanı din azadlığına çağırır


Əfqanıstanın yüksək vəzifəli rəsmiləri bu gün beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən - xristianlığı qəbul etmiş əfqanın məsələsi ilə bağlı qərar vermək üçün bir araya gəliblər. Əbdül Rəhman adlı şəxs 48 saat ərzində azad edilə bilər.

Bu təcili yığıncaq qərb rəsmilərinin məsələ ilə əlaqədar qanunun kobud şəkildə pozulması barədə çıxışlarından sonraya təsadüf edir. Əfqanıstandan alınan bəzi xəbərlərdə bildirilir ki, prezident Həmin Karzai də bu danışıqlarda iştirak edib.

Birləşmiş Ştatlar, Almaniya və Avstraliya da daxil olmaqla, Aliansa daxil olan ölkələr 15 il bundan əvvəl xristianlığı qəbul etmiş Əbdur Rəhmana qarşı irəli sürülən ittihamı pisləyir. Əfqanıstanın iqtisadiyyat naziri Məhəmməd Amin Fərhəng deyib ki, Karzai administrasiyası beynəlxalq ictimaiyyətin və Xristian icmasının bu hadisəyə reaksiyasını başa düşür və bundan nəticə çıxaracaq. Qeyri rəsmi xəbərlərdə isə Əfqan rəsmilərinin Əbdur Rəhmanın tezliklə azadlığa buraxılacağı barədə söhbətlər apardığı bildirilir.

Bunlarla yanaşı xəbər verilir ki, bütün Əfqanıstan boyu nüfuzlu din xadimləri Əbdür Rəhmanın ölüm cəzasına məhkum edilməsini istəyirlər. Hal-hazırda prezident Karzai mühafizəkar rühanilərlə onun hökumətinə dəstək verən qərb arasında seçimlə üzləşir.

XS
SM
MD
LG