Accessibility links

Xristianlığı qəbul etmiş şəxsin işi yenidən müstəntiqə qaytarılıb


Dəlilin yoxluğunu və leqal prosedurdakı səhvləri nəzərə alaraq Əfqanıstan məhkəməsi İslamdan imtina edərək Xristianlığı qəbul etmiş şəxsin işini əlavə təhqiqat üçün müstəntiqə qaytarmışdır. Məhkəmə rəsmilərinin dediyinə görə mümkün ölüm hökmü ilə üzləşən Rəhman yaxın günlərdə azad oluna bilər. Bir az öncə isə hakim Rəhmanın əqli baxığmdan qeyri sabit olmasını nəzərə alaraq işə yenidən baxılmalı olduğunu demişdi.

Artıq bir müddətdir ki, Qərb dövlətləri Əfqanıstan hökumətindən elementar insan hüquqlarına riayət edərək Rəhmanın dərhal azad edilməsini tələb etməkdədir. Qismən Şəriətə əsaslanan Əfqanıstan konstitutsiyası eyni zamanda insan hüquqlarını qorumağa öhdəçilik verir. İslam qanununa əsasən müsəlman dinindən imtina edən şəxs edam olunmalıdır.

XS
SM
MD
LG