Accessibility links

Mixail Saakaşvilinin yüksək rütbəli müşaviri xarici ölkəyə casusluq üstündə həbs olunub.



Gürcüstan prezidenti Mixail Saakaşvilinin yüksək rütbəli müşaviri xarici ölkəyə casusluq üstündə həbs olunub. Daxili İşlər Naziri Vano Merabişvili deyir ki, prezident idarəsinin əməkdaşı Simon Kalidze cənab Saakaşvilinin, hökumətin və parlamentin fəaliyyəti haqda xarici dövlətin kəşfiyyat agentliyinə məlumat ötürüb. Ölkənin adını çəkməyən nazir, Kalidzenin göstərdiyi xidmətlər əvəzində 20 min dollar aldığını söyləyib. Bu arada cənab Saakaşvili bildirib ki, xarici kəşfiyyatçılarla əməkdaşlıq edən vətəndaşlara Mayın 1-ədək vaxt verilir ki, bu haqda hökumət orqanlarına məlumat versinlər. Əks təqdirdə onlara qarşı rəsmi ittihamlar irəli sürüləcək.
XS
SM
MD
LG