Accessibility links

Israil prezidenti yeni hökuməti təşkil etmək üçün siyasi partiyalarla məsləhətləşmələr keçirir


İsrail prezidenti Moşe Katsav bildirir ki, dünən keçirilən parlament seçkilərindən sonra, o, yeni hökuməti təşkil etmək üçün öz ölkəsinin siyasi partiyaları ilə məsləhətləşmmələr keçirir. Cənab Katsav deyib ki, o, parlament seçklilərində ən çox səs əldə edən Kadima partiyasının lideri Ehud Olmerti yeni hökuməti təşkil etməyə çağırıb. Kadima partiyası parlamentdəki 120 yerdən 28-ni alıb. Göründüyü kimi, o, koalisiya höküməti təşkil etmək üçün parlamentdə 20 yer əldə edən Əmək partiyası ilə razılıq əldə edəcək. Partiyanın yüksək səviyyəli rəsmiləri Pasxa bayramından iki həftə sonra koalisiya hökumətinin təşkil edə Olmert seçkilərdə qələbə çalması münasibətilə etdiyi çıxışında fələstinlərlə münasibətləri qurmağa hazır olduğunu bildirərək deyib ki, Tövratda İsrail ərazilərii kimi göstərilən yerləri sülh naminə fələstinlilərə qaytarmağa hazırdır. Prezident Mahmud Abbas isə bildirib ki, İsrail yol xəritəsi planına əsasən, fələstinlərlə danışıqlara başlamalıdır.

XS
SM
MD
LG