Accessibility links

Rusiya İranın qərblə qarşıdurmasının gücdən istifadə edilməklə həllini dəstəkləmir


Rusiya İranın qərblə qarşıdurmasının gücdən istifadə edilməklə həll olunmasına dəstək vermir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu açıqlamanı bu gün Moskvada verərkən deyib ki, məsələnin gücdən istifadə edilməklə həllinə hər hansı bir cəhd “son dərəcə əks təsirlə” nəticələnə bilər. Sergey Lavrovun açıqlamaları Berlində Almaniya və Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında tətəfdaşları Birləşmiş Ştatlar, Britaniya, Çin və Fransanın yüksək səviyyəli diplomatlarının sabahkı görüşündən əvvələ təsadüf edir. Diplomatlar İranın uranın zənginləşdirilməsi proqramını dayandırmasından imtina etməsilə əlaqədar strategiyanın hazırlanması məqsədilə bəyanatın ilkin variantını müzakirə edəcəklər.
XS
SM
MD
LG