Accessibility links

İsrail qüvvələri Qəzzaya hücum edib


İsrailin hərbi hava qüvvələri Qəzza zolağına hücum edib. Hücum zamanı Fəslətin militantlarının raket atəşi açdıqları bölgələr hədəf alınmışdı. Fələstinin baş naziri İsmayıl Haniyə dünən Fələstin fraksiyaları arasında yol verilən qarşıdurmadan sonra yaraqlılara qarşı mübarizə aparılacağına and icmişdi. Qarşıdurma 3 adamın ölümü ilə nəticələnmişdi. Baş nazir Qəzzadakı vəziyyəti təhlükəli adlandırmışdır. O demişdir ki, təhlükəsizlik qüvvələri mülki yaraqlılara nəzarəti ələ almağa çalışacaq. Qarşıdurmaya Xalq Müqavimət Komitəsinin başçısının maşınına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə öldürülməsi yol açmışdı.
XS
SM
MD
LG