Accessibility links

Rays Konrqesi ABŞ-la Hindistan arasında nüvə sazişini dəstəkləməyə çağırıb


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays Konqresi ABŞ-ın Hindistanın dinc məqsədli nüvə proqramlarına yardımla bağlı razılığı təsdiq etməyə çağırıb. Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edən xanım Rays Hindistanla nüvə sahəsində əməkdaşlığın Cənubi Asiya regionunda silahlanmaya yol açmayacağını demişdir. Kondoliza Raysın sözlərinə görə, ABŞ-ın Hindistanı nüvə yanacağı və texnoloğiya ilə təmin etməsini nəzərdə tutan razılığın Hindistanı İran kimi “qeyri-sabit” mənbələrdən asılı etməyəcək. O, Konqresə xəbərdarlıq edib ki, razılıq təsdiq edilmədiyi halda, Hindistanla yeni strateji tərəfdaşlığa zərbə endirilə bilər. Bəzi demokrat senatorlar razılığı tənqid edərək, bunun nüvə silahlarının yayılmaması haqda beynəlxalq sazişə mane olduğunu bildirirlər.
XS
SM
MD
LG