Accessibility links

Yuşşenkonun tərəfdarları onu dəstəkləyənlərlə koalisiya yaratmağa çağırır


Ukrayna prezidenti Viktor Yüşşenkonun tərəfdarları Narıncı İnqilab zamanı onu dəstəkləyən qüvvələrlə koalisiya yaratmağa çağırmışlar. Cənab Yuşşenkonun Bizim Ukrayna Partiyasının liderləri Sosialist Partiyası, eləcə də keçmiş baş nazir Yuliya Timoşenkonun başçılıq etdiyi hərəkatla birlikdə bir komanda yaratmaq qərarına gəlmişlər. Lakin onlar prezidentin tərəfdarlarının əleyhinə olduğu keçmiş baş nazirin öz vəzifəsinə bərpa olunmaq tələbini qeyd etməmişlər.

Prezident Yuşenko hökumətdə baş verən çəkişmələrdən sonra Timoşenkonu tutduğu vəzifədən azad etmişdi. Bundan öncə Timoşenko və Sosialis partiyasının lideri Aleksandr Moroz Yuşenko tərəfdarlarını yeni hökumət yaratmaq səylərinə mane olmaqda ittiham edirdilər.

XS
SM
MD
LG