İraq polisi bildirir ki, Bağdadın iki şiə məscidinə ayrı-ayrılıqda edilən intiharçı hücumları nəticəsində azı 55 nəfər həlak olub, 158 nəfər bədən xəsarəti alıb.
Təhlükəsizlik xidmətinin rəsmiləri deyirlər ki, adamlar məscidlərdə cümə namazından sonra məscidlərdən çıxarkən qadın paltarı geymiş iki intiharçı bombanı partlatmışlar. Rəsmilər İraqlıları təcili olaraq qan verməyə, məscidlərin qabağında və bazarlarda toplaşmaqdan çəkinməyə səsləyiblər. Bu arada Amerika rəsmiləri deyirlər ki, İraqda yaraqlıların ayrı-ayrılıqda Amerika əsgərlərinə qarşı həyata keçirdikləri hücumları nəticəsində iki Amerika əsgəri həlak olub. İraqdakı Amerika rəsmiləri qeyd edib ki, əsgərlərin biri Bağdadın qərbindəki keşik məntəqəsinin atəşə məruz qalması nəticəsində həlak olub. Digər əsgər isə Bağdadın şimalındakı Becinin yaxınlığlında yolun kənarında bomba partlayışı nəticəsində dünyasını dəyişib.
Bütün bu zorakılıqlar Birləşmiş Ştatların İraqdakı səfiri Zalmay Xəlilzad BBC-yə verdiyi müsahibəsi zamanına təsadüf edir. O, müşahibəsində İraqın siyasi liderlərini milli birlik hökumətinin təşkilinə çağırıb. Baş Nazir İbrahim Cəfəri vəzifəsindən istefa verməsindən boyun qaçırdığına görə, Milli Birlik hökumətinin təşkili də təxirə salınıb. İraqın sünni və kürd liderləri deyirlər ki, cənab Cəfəri təriqətlərarası zorakılıqları aradan qaldırmaq üçün kifayyəti qədər iş görməyib.