Accessibility links

Həmas ABŞ və Qərbin onun hökumətini şantaj etdiyini deyir


Fələstinin baş naziri bildirib ki, ABŞ və Avropa Birliyi Fələstin hökumətinə yardımı dayandırmaqla Haması şantaj edir. İsmayıl Haniye deyib ki, Qərb onun hökumətini boğmağa çalışır. O, bu bəyanatı Hamasın başçılıq etdiyi Fələstin hökumətinə 1 milyard dollarlıq yardımın kəsilməsindən sonra verib. Belə ki, Hamas zorakılıqlardan əl götürməyəcəyini və İsraili tanımayacağını dəfələrlə bəyan edib. Bundan əlavə, İsrail hökuməti də adətən Fələstin büdcəsinə köçürdüyü vergi pullarını dayandıraraq ərazidə hərbi təzyiqi artırıb. Dünən İsrailin raket hücumu nəticəsində Qəzza Zolağında iki militant məhv edilib.
XS
SM
MD
LG